“YARAT”da ədəbiyyat gecəsi

“YARAT”da ədəbiyyat gecəsi
21:22 1 Aprel 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 1-də "YARAT" Müasir İncəsənət Mərkəzində müasir zamanın qeyri-müəyyənlikləri və illüziyalarına həsr olunmuş "Aldanma!" adlı ədəbiyyat gecəsi təşkil olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, tədbir Əməkdar Artist Eyyub Yaqubov və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin direktoru, tanınmış şair Səlim Babullaoğlunun iştirakı ilə baş tutub.

E.Yaqubov ilk dəfə "Yıxılır dünya" mahnısının videoklipinin sirli məqamlarını açıqlayıb. Təqdim olunan poetik nümunələr və musiqi parçaları gecəni daha da maraqlı edib. Tanınmış gənc rəssam Orxan Hüseynovun "Əziz sevgilim" adlı sərgisi gecənin ilham mənbəyi olub.

Həmçinin, gecədə poetik düşüncələrlə bağlı gəncləri maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb.

Tədbir Eyyub Yaqubovun canlı ifası ilə davam edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531227.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR