İŞİD başçısının “sağ əli” məhv edildi

İŞİD başçısının “sağ əli” məhv edildi
22:12 1 Aprel 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

İraqda İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr əl-Bağdadinin "sağ əli" hesab edilən terrorçu İyad əl-Cümeyli məhv edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İraq Hərbi-Hava Qüvvələri terrorçuların Suriya ilə həmsərhəd Anbar əyalətinin Əl-Kaim rayonunda yerləşən komanda məntəqəsinə zərbələr endiriblər. Əməliyyat nəticəsində qruplaşmada ikinci şəxs hesab olunan "Əbu Yəhya" ləqəbli terrorçu İyad əl-Cümeyli məhv edilib. İŞİD iyerarxiyasında İyad əl-Cümeyli "müdafiə naziri" vəzifəsini icra edib.  
Məhv edilən silahlılar arasında Əbu Bəkr əl-Bağdadinin yaxın ətrafında olan "Əbu Hacar" ləqəbli Türki Camal əd-Düleymi və "Əbu Həttab" ləqəbli Salam Müzəffər əl-Əcminin olduğu bildirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531236.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR