Millimizin üzvü "Dnepr"ə qələbə qazandırdı - VİDEO

Millimizin üzvü "Dnepr"ə qələbə qazandırdı -   VİDEO
22:17 1 Aprel 2017
97 İdman
Ölkə mətbuatı
A- A+

Ukrayna Premyer Liqasında XXIII tur davam edir. Fanat.Az xəbər verir ki, Azərbaycan U-21-nin üzvü Dmitri Nağıyevin şərəfini qoruduğu “Dnepr” də növbəti oyununa çıxıb.

 

Dneprpetrovsklilər doğma meydanda “Jirka” ilə qarşılaşıblar. Görüş meydan sahiblərinin minimalhesablı qələbəsi ilə yekunlaşıb.

 

Matça start heyətində başlayan Nağıyev 33-cü dəqiqədə oyundakı yeganə qola imza atıb. Bu qələbə ilə xalını 13-ə yüksəldən “Dnepr” turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, federasiyanın qərarına əsasən, komandanın 12 xalı silinib. 



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-millimizin-uzvu-quotdneprquot-qlb-qazandrd-t57279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR