Kolumbiyada torpaq sürüşməsi: azı 112 nəfər ölüb

Kolumbiyada torpaq sürüşməsi: azı 112 nəfər ölüb
22:52 1 Aprel 2017
95 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın Putumayo deprtamentinin paytaxtında torpaq sürüşməsi nəticəsində azı 112 nəfər ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Röyter agentliyi xəbər verib.

Daha öncə 24 ölən və 65 yaralanan barədə xəbər verilirdi.

Frans Press agentliyi, öz növbəsində, 92 nəfərin həlak olduğunu və 180 yaralandığını bildirir. Təxminən 200 nəfər itkin düşüb.

Qeyd edək ki, hadisəyə səbəb bölgədə bir neçə saat ərzində davam edən güclü leysan nəticəsində bir neçə çayın məcrasından çıxması olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR