Milli toplanış Eddi İsrafilova düşərli oldu

Milli toplanış Eddi İsrafilova düşərli oldu
23:29 1 Aprel 2017
90 Digər
Ölkə mətbuatı
A- A+

İspaniya Sequndasında XXXII turun oyunları davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvü Eddi İsrafilovun şərəfini qoruduğu “Kadis” də növbəti oyununu keçirib.

 

“Sarılar” “UCAM Mursiya” ilə səfərdə üz-üzə gəliblər. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Oyuna start heyətində başlayan Eddi ilk hissəyə əlavə olunmuş birinci dəqiqədə komandasının yeganə qoluna imza atıb.

 

Qeyd edək ki, 32 oyundan sonra aktivində 51 xal olan “Kadis” turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271115

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR