Kolumbiyada TƏBİİ FƏLAKƏT: 112 nəfər öldü, 200 nəfər itkin düşdü

Kolumbiyada TƏBİİ FƏLAKƏT: 112 nəfər öldü, 200 nəfər itkin düşdü
23:38 1 Aprel 2017
82 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın Putumayo departamentində baş vermiş sel nəticəsində 112 nəfər ölüb.

Publika.az xəbər verir ki, xeyli insan itkin düşmüş hesab edilir. “El Heraldo” portalı təbii fəlakət nəticəsində 180 nəfərin xəsarət aldığını, 200 nəfəri itkin düşdüyünü bildirib.

Faciəyə səbəb kimi leysanlar nəticəsində Mokoa çayında daşqının baş verməsi göstərilir.

Təbii fəlakət 17 rayona ziyan vurub, 45 min sakin işıqsız qalıb. (apa)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193415.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR