Qadın həkim, yoxsa kişi həkim

Qadın həkimlər pasientlər üçün kişi həkimlərdən daha yaxşıdır.

Metbuat.az xəbər verir ki, bu barədə "The İndependent" qəzetində dərc olunmuş araşdırma məqaləsində deyilir.

Araşdırma zamanı 4 il müddətində xəstəxənalara 1,5 milyon pasient gəlişi təhlil edilib. Bəlli olub ki, qadın həkimlərin pasientləri arasında ölüm hadisələri və ya klinikaya təkrar dönüşlər kişi həkimlərdə oduğundan əhəmiyyətli dərəcədə azdır.

"JAMA Internal Medicine Journal" məcmuəsində dərc olunmuş məqalədə isə deyilir ki, kişi həkimlər də pasientlərə qadın həmkarları qədər diqqətli və qayğıkeş olsaydılar, 32 min insanın həyatını xilas etmək mümkün olardı. Araşdırmada bildirilir ki, faktlar kişi və qadınların tibbi fəaliyyətinin fərqli olduğunu göstərir. Bu da aydın olub ki, qadın həkimlər klinika qaydalarına kişi həmkarlarından daha məsuliyyətli yanaşırlar. Onlar daha diqqətlə müayinə edir, pasientlərlə daha çox ünsiyyətdə olur və daha çox məsləhət verirlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR