Məşhur futbolçunun şəkli tualet kağızında - FOTOLAR

Məşhur futbolçunun şəkli tualet kağızında - FOTOLAR
05:38 2 Aprel 2017
145 İdman
Ölkə mətbuatı
A- A+

"Napoli" azarkeşləri komandanın sabiq futbolçusu Qonzalo İquaynı "Yuventus"a keçdiyi üçün hələ də bağışlamayıblar.

Publika.az xəbər verir ki, qəzəbli azarkeşlər A seriyasında "Napoli" - "Yuventus" matçı öncəsi argentinalı hücumçunun şəklinin olduğu tualet kağızlarını satışa çıxarıblar.

Neapol küçələrində satılan bu tualet kağızlarına marağın çox olduğu bildirilir.

Qeyd edək ki, üç mövsüm "Napoli"də çıxış edən Q.İquayn ötən mövsüm 90 milyon avroya "Yuventus"a transfer olunub.

Əlavə edək ki, "Napoli" - "Yuventus" görüşü bu gün keçiriləcək.






Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/193426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR