Məşhur futbolçudan erotik film vədi - VİDEO

Məşhur futbolçudan erotik film vədi -   VİDEO
09:07 2 Aprel 2017
128 İdman
Ölkə mətbuatı
A- A+

"Lester" İngiltərə çempionu olduqdan sonra canlı yayıma alt paltarında çıxan Hari Lineker daha bir maraqlı vəd verib.


Fanat.Az xəbər verir ki, veteran futbolçu "Lester" Çempionlar Liqasını qazanacağı halda "18+"lik film çəkəcəyini bildirib.


O, bu barədə BBC-də yayımlanan proqramda açıqlama verib: "İnanın, "Lester"in Çempionlar Liqasının qalibi olmaq üçün heç şansı yoxdu. Əgər bunu bacarsalar, bu səhnədə erotik film cəkəcək".


Linekerin bu açıqlamasından sonra "Office of Communications"in (Britaniyadakı hökumət icazəli yayım düzənləyicisi) rəsmisi Şaron Uite isə bildirib ki, veteran futbolçu sözünü tutsa, BBC-nin bütün ofislərini bağlayacaqlar.


Qeyd edək ki, Hari Lineker ötən mövsüm "Lester" çempion olacağı halda efirə alt paltarında çıxacağını bildirmişdi. Veteran futbolçu vədinə əməl edərək bu mövsümün ilk buraxılışında canlı yayıma yarıçılpaq çıxmışdı.


Onu da qeyd edək ki, Hari Lineker 1976-1985-ci illərdə "Lester"də çıxış edib.



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-mhur-futbolcudan-erotik-film-vdi-t57275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR