Deputat: "Aprel döyüşlərində çox mühüm və əsaslı dönüşə nail olundu"

Deputat: "Aprel döyüşlərində çox mühüm və əsaslı dönüşə nail olundu"
10:42 2 Aprel 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistan uzun illər ərzində öz ordusu haqqında miflər yaradırdı. Aprel döyüşləri bu mifləri darmadağın etdi.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, nə Ermənistan, nə də onun kriminal rəhbərliyi aprel döyüşlərindən hələ də özünə gələ bilməyib: "Hələ də Ermənistan cəmiyyətində aprel döyüşlərinin xofu qalıb, artıq onlar müharibənin onlar üçün heç də yaxşı nəticələnməyəcəyini yaxşı anlayırlar".

Deputat vurğulayıb ki, aprel döyüşlərində çox mühüm və əsaslı dönüşə nail olundu: "Ermənilər cəbhədə təxribat törətməyə cəhd etdilər, amma əvəzində Azərbaycan ordusu erməni silahlı qüvvələrinə çox ciddi cavab zərbələri vurdu".

Deputat qeyd edib ki, ermənilər təkcə məğlub olmadılar, sındırıldılar, onlar nəinki Qarabağ torpağından, Yerevandan da baş götürüb qaçırdılar: "Bu gün də nə Ermənistan, nə də ölkənin kriminal rəhbərliyi aprel döyüşlərindən özünə gələ bilməyib. Onların möhkəmləndirilmiş saydıqları sərhədlərini darmadağın etdik. Aprel döyüşlərində Azərbaycan öz silahlarının bir qisminin gücünü düşmənə göstərdi".

B.Sadıqov vurğulayıb ki, aprel döyüşünün ən mühüm nəticələrindən biri də Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpasına başlanılması oldu: "Prezident İlham Əliyevin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında sərəncamı çox möhtəşəm bir hadisə oldu. Bununla düşməndən geri alınmış azad Azərbaycan torpağına qayıdışın əsası qoyuldu".

B.Sadıqov vurğulayıb ki, Azərbaycan getdikcə güclənir, ordumuz güclənir, ölkəmizin səsi hər yerdə eşidilir: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Ermənilər nə qədər sülhə tez gəlsələr, bu, onların xeyrinədir, nə qədər geciksələr, Ermənistanda adam qalmayacaq. İkinci aprel hadisələrində isə ermənilər Azərbaycanın digər silahlarının da gücünü görəcəklər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/531267.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR