London polisi "terrorizmə qarşı marş" zamanı ultra sağçı qrupların və antifaşistlərin nümayəndələri arasında toqquşmanın 14 nəfər iştirakçısını saxlayıb.
Milli.az TASS-a istinadən verdiyi məlumata görə, bu haqda The
Times qazeti xəbər verib.
Məlumata görə, "ingiltərə müdafiə liqası" və "Hamıdan əvvəl
Britaniya" qruplarının təxminən 300 nəfər iştirakçısı Trafalqar
meydanından yürüşə başlayıblar və antifaşist qrupların fəalları ilə
üz-üzə gəliblər.
Polis səyləri nəticəsində iri toqquşmaların qarşısını almaq mümkün olub.