Tramp çinli həmkarı ilə görüşəcək

ABŞ prezidenti Donald Tramp 6-7 aprel tarixində Floridada çinli həmkarı Xi Jinping-inlə görüşəcək.

Metbuat.az bildirir ki, Ağ Evdən verilən məlumatda görüşün Trampın özünə aid olan "Mar-a-lago" adlı klubda baş tutacağı qeyd olunub. Bu, iki dövlət liderlərinin ilk görüşü olacaq. Regional və qlobal məsələlərlə bağlı müzakirələrin aparılacağı gözlənilir. Eyni zamanda, Cənubi Çin dənizində yerləşən mübahisəli adalarla bağlı danışıqlar aparılacaq.

Orxan / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR