Dadaşov "fərqləndi", komandası uduzdu

Dadaşov "fərqləndi", komandası uduzdu
13:17 2 Aprel 2017
100 İdman
Ölkə mətbuatı
A- A+

Azərbaycan millisinin üzvü Renat Dadaşov Frankfurtun “Ayntraxrt” klubunun 19 yaşlılardan ibarət komandasının heyətində növbəti oyununu keçirib.

 

Fanat.Az xəbər verir ki, gənc hücumçunun komandası Gənclər Liqasının cənub-qərb zonası üzrə çempionatın XXII turunda “1860 Münhen”lə qarşılaşıb. Görüş Dadaşovun komandasının məğlubiyyəti ilə başa çatıb – 3:1.

 

Renat bu oyunda 90 dəqiqə meydanda olub. O, oyunun 44-cü dəqiqəsində sarı vərəqə ilə cəzalanıb.

 

Qeyd edək ki, “Ayntraxt”  XXII turunda 29 xalla 7-ci pillədə qərarlaşıb.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dadaov-quotfrqlndiquot-komandas-uduzdu-t57283.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR