Mətbəxi gözəlləşdirən rənglər - FOTOLAR

Mətbəxi gözəlləşdirən rənglər - FOTOLAR
13:28 2 Aprel 2017
362 Maraqlı
Ölkə mətbuatı
A- A+

Bu gün mətbəx dekorasiyasında müxtəlif rəngləri qarışdırmaq dəbdədir.

Şkaflar mətbəxin əsas bəzəyidir. Bu səbəbdən, onlar funksional olduğu qədər də, gözəl olmalıdır. Mətbəx mebelini fərqli rənglərə boyamaqla, ona yeni ab-hava qatmış olacaqsınız.

Publika.az bu yazıda mətbəx dekorasiyası üçün bir neçə nümunə seçib.

Klassik ağ

Ağ heç zaman dəbdən düşməyən klassik rəngdir. Digər rənglərlə asanlıqla uzlaşır. Eyni zamanda, bütün taxta tonların fonunda əla qalır. Ağla qaranın vəhdətinə isə söz ola bilməz.

Soyuq mavi

Soyuq mavi rəng tək mətbəx üçün deyil, istənilən məkana uyğun gələn rəngdir. Soyuq mavi şkaflar bal rəngi, ağ, krem və solğun sarı ilə son dərəcə gözəl uyğunlaşır.

Parlaq qırmızı

Kim deyib ki, mətbəx şkafları sadə olmalıdır? Belə bir qanun yoxdur! Təbiətcə çılğınsınızsa, mətbəxinizdə bu rəngə yer verin. Lakin qırmızı mətbəx mebeli seçərkən, məkanın yaxşı işıqlandırma sisteminin olmasına diqqət yetirin.

Qırmızı şkafların fonunda qara və ağ ev aksessuarları son dərəcə dəbli görünür.

Solğun sarı

Solğun sarı şkaflar mətbəxə qeyri-adi hava qatır. Belə ki, mətbəxə daxil olan adam oradan çıxmaq istəməyəcək. Bu rəng taxta, ya da digər rənglərin solğun çalarları ilə yaxşı yola gedir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dizayn/122939.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR