ABŞ-da konsert zamanı atəş açıldı: yaralılar var

ABŞ-da konsert zamanı atəş açıldı: yaralılar var
13:33 2 Aprel 2017
54 Dünya
Ölkə mətbuatı
A- A+

Aprelin 1-də yerli vaxtla axşam saat 20.00 radələrində (Bakı vaxtı ilə bu gecə saat 04.00) ABŞ-ın Virciniya ştatında açıq havada keçirilən konsert zamanı atəş açılıb.

Publika.az APA-ya istinadən məlumatına görə, bu barədə "CBS 6" telekanalı məlumat yayıb.

Dinuiddi dairəsində parkda keçirilən konsertdə 12 minə qədər tamaşaçı olub. Öncə səhnənin yaxınlığında, daha sonra isə parkın digər yerlərində atəş səsləri eşidilib. Əl və ayağından yaralanmış iki nəfər xəstəxanaya gətirilib, onların həyatı üçün təhlükə yoxdur. Bir nəfəri isə güllənin tuş gəldiyi avtomobil pəncərəsinin parçaları yaralayıb.

Atəş açan şəxs hələ yaxalanmayıb. Hüquq-mühafizə orqanları araşdırma aparır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193453.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR