Mühafizəçi işlədiyi türbədə 20 nəfəri zəhərləyərək öldürüb

Mühafizəçi işlədiyi türbədə 20 nəfəri zəhərləyərək öldürüb
14:54 2 Aprel 2017
115 Digər
Ölkə mətbuatı
A- A+

Pakistanın Pəncab əyalətində dəhşətli cinayətin üstü açılıb. Lent.az BBC Turk-ə istinadən xəbər verir ki, Sarqodha şəhərində yerləşən sufi türbəsinin qarovulçusu Abdül Vahid bura ziyarətə gələn şəxsləri bir-bir qətlə yetirirmiş.

 

Bildirilir ki, 50 yaşlı mühafizəçi ziyarətə gələn insanların tək olmasından istifadə edərək onları otağına dəvət edirmiş və onlara yemək təklif edirmiş. O, qurbanlarını zəhərləyib əldən salan kimi xəncərlə hücum edərək öldürümüş. Psixi xəstə olduğu ehtimal edilən Abdül Vahidə bu işdə bir neçə nəfər də yardım göstərib.

 

A.Vahid ifadəsində deyib ki, ziyarətə gələn insanların onu öldürməsindən qorxurmuş və bu səbəbdən onları qətlə yetirirmiş. Lakin araşdırmalar zamanı məlum olub ki, öldürülən 20 nəfərin hamısı soyundurulduqdan sonra onlara çılpaq halda işkəncə verilib.

 

Qeyd edək ki, silsilə cinayətlərin üstü türbədən yaralı halda xilas olmağı bacaran bir qadının polisə müraciət etməsindən sonra açılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271150

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR