"Real" "Facebook" "partlatdı" - FOTO

"Real" "Facebook" "partlatdı" -   FOTO
14:57 2 Aprel 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

Dünyanın ən çox izlənən klubları - "Real" və "Barselona" "Facebook"da rekorda imza atıb.


Fanat.Az xəbər verir ki, Madrid klubunun rəsmi səhifəsi 100 milyon "like" toplayıb. Bununla da "Real"ın "Facebook" hesabı 100 milyonluq həddi keçən ilk idman klubu olub.


"Kral Klubu" rəsmi internet səhifəsindən yaydığı açıqlamada klubun sosial mediada sürətlə böyüyən markalardan biri olduğu, "Facebook"da klub videolarının ötən il 1,6 milyarddan çox izləndiyi xatırladılır. Həmçinin ötən il "Facebook"da ən çox paylaşım edilən 10 mesajdan 9-nun "Real"a aid olduğu qeyd edilir.



"Real"ın ardınca "Barselona"da 100 milyonluq "like" həddini keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 



Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-quotfacebookquot-quotpartlatdquot-t57285.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR