Hiddink "Lester"ə rəhbərlikdən imtina etdi

Hiddink "Lester"ə rəhbərlikdən imtina etdi
16:23 2 Aprel 2017
50 İdman
Ölkə mətbuatı
A- A+

Hollandiyalı mütəxəssis Qus Hiddink İngiltərənin "Lester" futbol klubuna rəhbərlik etmək təklifinə mənfi cavab verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə holland mütəxəssisə istinadən Britaniyanın "Telegraph" nəşri məlumat yayıb.
Komanda ilk dəfə Klaudio Ranyerinin rəhbərliyi altında İngiltərə çempionu olub. İtaliyalı mütəxəssisin klubdan kənarlaşdırılmasından sonra kollektivi onun köməkçisi Kreyq Şekspir çalışdırır.

"Mən onların təklifindən imtina etdim. Dedim ki, siz nə üçün də onun köməkçisinə etibar etməyəsiniz: Şekspir klubu tanıyır. Xoşbəxtlikdən haqlı çıxdım", - deyə Hiddink bildirib.

Komanda Şeksprin rəhbərliyi altında İngiltərə çempionatının son dörd oyununda qələbə qazanıb, Çempionlar Liqasının 1/8 final mərhələsində "Sevilya"nı iki matçın nəticəsinə görə yenərək ¼ finala vəsiqə qazanıb.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/193464.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR