"Barselona" rəqibini rəzil etdi - 12:0

"Barselona" rəqibini rəzil etdi -   12:0
17:27 2 Aprel 2017
146 İdman
Ölkə mətbuatı
A- A+

İspaniya 2-ci liqasının B divizionun 3-cü qrupunda çıxış edən "Barselona II" rəqibini rusvay edib. 


Fanat.Az xəbər verir ki, Kataloniya klubu XXXII turlda "Eldense"ni qəbul edib və 12:0 hesablı qələbə qazanıb.


İlk yarısı 8:0 hesabı ilə yekunlaşan oyunun ikinci hissəsində "Barselona" daha 4 qol vurub. 


Daniel Romera və Xesus Alfaronun het-trik etdiyi oyunda Alexandro Karbonell, Cerard Qumbau, Alberto Perea, Vilfrid Kaptoum, Marc Kardona və Abeledo Rute hərəyə bir qol vurub.


Oyundan sonra 12 qol buraxan komandanın futbolçularının ağladığı görünüb. "Barselona"lı oyunçular rəqiblərinə təsəlli verib.


Qeyd edək ki, 32 turda 66 xal qazanan "Barselona" qrupa liderlik edir. Aktivində 14 xal olan "Eldense" isə son pillədə qərarlaşıb.




Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotbarselonaquot-rqibini-rzil-etdi-t57287.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR