Almaniyada seçkilərdə selfi yasaqlandı

Almaniyada seçkilərdə selfi yasaqlandı
18:47 2 Aprel 2017
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Almaniya hakimiyyəti seçkilər zamanı səsvermə kabinələrində mobil qurğularla özçəkimi və həmin foto və videoların sosial şəbəkələrdə yerləşdirilməsini qadağan edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, artıq qadağa qüvvəyə minib və federal seçkiləri əhaət edəcək.
 
Ancaq qadağa avtomatik regional seçkilərə şamil edilməyəcək. Federal seçkilər zamanı seçki komissiyasının üzvü seçicinin səsvermə kabinəsində foto və vide çəkdiyini müşahidə edərsə, həmin şəxsi seçki məntəqəsindən uzaqlaşdırmaq hüququna malikdir. Həmin şəxs avtomatik səsvermə hüququnu itirir.
 
Almaniya hökuməti bu qadağanı səsvermənin gizliliyini qorumaq niyyəti ilə əsaslandırır. Digər tərəfdən,  səsvermə məntəqələri bağlanmamışdan əvvəl sosial şəbəkələrdə yayılan belə foto və videolar hələ səs verməmiş digər seçicilərin iradəsinə təsir kimi qiymətləndirilir. Ekspertlər məhz bu amili nəzərə alaraq, exit-pollun ilkin nəticələrinin seçki başa çatmazdan əvvəl açıqlanmasının qadağan olunduğunu qeyd edirlər.
 
Ancaq praktikada seçicilərin  bu kimi hallara yol verməsinin qarşısının alınması üçün mexanizm aydın deyil. Çünki səsvermə məntəqələrinə mobil telefon gətirilməsi qanunla qadağan edilməyib. Həm də qanunda sosial şəbəkələrdə belə foto və videoların yayılması ilə bağlı hər hansı cəza nəzərdə tutulmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/531328.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR