Azərbaycanda bir marşrutda bütün avtobuslarda oğurluq - FOTO

Azərbaycanda bir marşrutda bütün avtobuslarda oğurluq - FOTO
19:05 2 Aprel 2017
82 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallıda 22 nömrəli marşrut xətti üzrə çalışan bütün avtobus və mikroavtobusların  akkumulyatorları oğurlanıb.

Milli.Az istipress.com-a istinadən bildirir ki, oğurluq barədə həmin xətdə çalışan  sürücülər məlumat verib. Onların bildirdiyinə görə, Masallı-Boradigah xətti üzrə çalışan avtobuslar Ərkivan qəsəbəsində yerləşən qarajda saxlanılır və oğurluq hadisəsi də elə qarajda, gecə saatlarında baş verib. Səhər saatlarında işə çıxan sürücülər maşınlarının  akkumulyatorlarının  oğurlandığını görüblər və hadisə ilə bağlı 102 xidmətinə məlumat veriblər. Hadisə yerinə Masallı rayon polis şöbəsinin əməkdaşları gəlib. İstintaq üçün zəruri olan materiallar toplanılıb. Məlum olub ki, 9 avtobusun  akkumulyatorları oğurlanıb və  sürücülərə  ümümilikdə 1400 manatdan  çox ziyan dəyib.

Faktı Masallı rayon polis şöbəsi araşdırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531333.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR