“Maaşlarda gecikmələr olsa da…” – Zaur Svanadze

“Maaşlarda gecikmələr olsa da…” – Zaur Svanadze
19:32 2 Aprel 2017
87 İdman
Ölkə mətbuatı
A- A+

"Mürəkkəb oyun alındı. AZAL-a qarşı həmişə belə olur".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "İnter"in baş məşqçisi Zaur Svanadze deyib.
 
Azərbaycan Premyer Liqasının XXIV turunda öz meydanında AZAL-la qarşılaşan "keçmiş bankirlər" oyundan 2:1 hesablı qələbə ilə ayrılıb.
 
Gürcü çalışdırıcı matçdan sonra qarşılaşma ilə bağlı fikirlərini bölüşüb: "İkinci hissədə bizim üçün daha çətin oldu. Rəqibin imkanları olsa da, bir neçə dəfə bəxtimiz gətirdi. Çətin də olsa, qələbə qazandığımıza sevinirəm. Futbolçularım peşəkardılar. Onlar bilirlər ki, maaşlarda gecikmələr olsa da, oynamaqla, yaxşı nəticələr qazanmaqla sponsorların diqqətini çəkmək olar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531337.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR