“Hələ şanslarımızı itirməmişik” – Elxan Abdullayev

“Hələ şanslarımızı itirməmişik” – Elxan Abdullayev
19:32 2 Aprel 2017
77 İdman
Ölkə mətbuatı
A- A+

"Erkən qol vurmaq istəyirdik. Futbolçulara tapşırmışdım ki, birinci hissədə mütləq qol vurmaq lazımdır. Belə olsaydı, bundan sonra oyun bizim üçün daha rahat keçəcəkdi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev deyib.
 
Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə "Sumqayıt"la qarşılaşan "ağ-qaralar" 0:2 hesablı məğlubiyyətə üzülüblər.
 
Görüş başa çatdıqdan sonra klub saytına açıqlama verən çalışdırıcı fikirlərini bölüşüb: "Təəssüf ki, şanslardan yararlana bilmədik. Rəqib isə əksinə, əlinə düşən imkanlardan istifadə etdi və qələbə qazandı. "Sumqayıt"ı təbrik edirəm. Hələ ki şanslarımızı itirməmişik, 4-cü yer uğrunda mübarizəni davam etdiririk. Heyətdə zədəlilərimiz var, futbolçu seçimi məhduddur. Bununla belə, çalışacağıq ki, gələcək oyunlarda qələbə qazanaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531336.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR