"Neftçi" Sumqayıtda uduzdu, AZAL Premyer Liqayla vidalaşdı - VİDEO

"Neftçi" Sumqayıtda uduzdu, AZAL Premyer Liqayla vidalaşdı - VİDEO
19:33 2 Aprel 2017
81 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında 24-cü tura start verilib.

Publika.az xəbər verir ki, açılış oyununda "Sumqayıt" "Neftçi"ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 60-cı dəqiqədə Bəxtiyar Həsənalızadə, 63-cü dəqiqədə isə Amil Yunanov vurub.

Bu qələbə sayəsində "Sumqayıt" xallarını 28-ə çatdıraraq, "Neftçi"ni keçib və 5-ci pilləyə yüksəlib. Flaqman isə 26 xalla 6-cı pilləyə enib.

Həftəarası ölkə kubokunda “Neftçi” kimi məğlubiyyət acısı yaşayan “İnter” AZAL-ı qəbul edib. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1. Bu məğlubiyyətlə AZAL-ın Premyer Liqanı tərk etməsi rəsmiləşib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/193476.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR