Ermənistanda seçkilər: beynəlxalq müşahidəçilər pozuntular qeydə alıblar - YENİLƏNİB

Ermənistanda seçkilər: beynəlxalq müşahidəçilər pozuntular qeydə alıblar - YENİLƏNİB
19:37 2 Aprel 2017
168 Ölkə
Ölkə mətbuatı
A- A+

Beynəlxalq müşahidəçilər Atom Eqoyan və Erik Nazaryan Ermənistanda keçirilən parlament seçkilərində qanun pozuntularını qeydə alıblar.

Milli.Az Trend-ə istinadən bildirir ki, beynəlxalq müşahidəçilər seçki keçirilən rayonların birində hətta xaos hökm sürdüyünü bildiriblər.

16:31

Ermənistanda seçkiləri izləyən müstəqil müşahidəçilər yeni 681 qanun pozuntusunu aşkar ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, müşahidəçilər barmaq izlərini müəyyən edən avadanlığın 98 halda işləmədiyini bildiriblər.

Həmçinin 77 açıq səsvermə hadisəsi, 38 səsvermə sirrinin pozulması halı, 38 başqa insanların yerinə səsvermə halı və 37 müşahidəçilərin hüquqlarının pozulması halı qeydə alınıb.

13:53

Müstəqil müşahidəçilər Ermənistanda seçkilərə hazırlıq zamanı 162 qanun pozuntusu aşkar ediblər.

Milli.Az Trend-ə istinadən bildirir ki, 7 məntəqədə sesvermə gecikmə ilə başlayıb, sesvermə keçirilən 15 otaq səhv təchiz olunub, 18 məntəqədə texniki problem yaranıb, 18 məntəqədə isə seçkinin məxfi şəratində keçirilməsinə əməl olunmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/531338.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR