Şeytanın üçtərəfli hücumu

Şeytanın üçtərəfli hücumu
19:47 2 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

"Dedi: "Belə isə, məni azdırdığına görə, mən də mütləq Sənin düz yolunun başında, onların pusqusunda oturacağam"".

"Sonra qarşılarından, arxalarından, sağ tərəflərindən və sol tərəflərindən onların yanına gələcə(k və onlara vəsvəsə edəcə)yəm və onların çoxunu şükür edən görməyəcəksən". ("Əraf" 16-17).
İmam Baqir (ə) şeytanın üç cəbhədən insana hücumunu belə təsvir edir: "Birinci cəbhə odur ki, şeytan behiştə, cəhənnəmə, kitab və hesaba qarşı şəkk-şübhə yaradır. İkinci cəbhədə İlahi rəhmət və əfvə qarşı yersiz tamah icad edir. Biz gərək bilək ki, İlahi bəxşiş və əfv hesab və kitab üzərindəndir və tövbəyə ehtiyac vardır. Üçüncü cəbhədə şeytan günaha qarşı məftunluq yaradar".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmamın (ə) bu göstərişləri ona görədir ki, insan hər an şeytanın hücumuna hazır olmalıdır. Çünki şeytan (lən) heç bir zaman sakit oturmur. Hər an insanı yolundan azdırmaq üçün səy göstərir.
Bəli, tarixdə şeytanın tələsinə düşən çox sayda insanların əhvalatlarını oxuyuruq ki, onların çoxu da abid və Allah bəndəsi olmuşdur. Şeytan (lən) bu abidlərdən birini gözəl qadın vasitəsilə yoldan çıxardır və o zaman ki, abidi etdiyi cinayətə görə edam etmək istəyirlər, ona zahir olur və deyir: "Mən səni bu yerə çatdırmışam və mən sənə nicat verə bilərəm. Yolu da budur ki, sən mənim qarşımda səcdə edəsən". Abid də işarə ilə şeytanın qarşısında səcdə edir və elə o anda onu dara çəkirlər və o, ölür. O, kafir olaraq dünyasını dəyişir, halbuki, bütün həyatı boyu ibadət və itaət əhli olmuşdu. Hətta müstəcabul-dua məqamına çatmışdı. Hər nə dua edərdisə, Allah qəbul edərdi.
Bəli, budur şeytanın hücumlarının və vəsvəsələrinin nəticəsi. Ona görə də insan gərək rahatlanmasın və deməsin ki, mən artıq Allahın sevimlisiyəm və şeytan mənə heç bir şey edə bilməz. Bəlkə hər an onun hücumuna hazır olmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR