Türkiyəyə qarşı 100 minlik ordu toplanır

Türkiyəyə qarşı 100 minlik ordu toplanır
19:47 2 Aprel 2017
216 Dünya
Ölkə mətbuatı
A- A+

YPG Suriyada Türkiyəyə qarşı 100 minlik ordu toplamağa çalışır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Yeniakit.com.tr saytı məlumat yayıb.

Xəbərdə rəsmi Ankaranın daxili və xarici siyasətdə, terrorla mübarizədə yeni qərarlar verəcəyi bildirilib:

"Yeni strateji yol xəritəsi üzərində işlər aparılır. Xüsusilə, 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı önəmli qərarların veriləcəyi bildirilib. Xarici siyasətdə radikal addımlar atıla bilər. Terror qruplaşması YPG-yə qarşı irimiqyaslı əməliyyatların aparılacağı gündəmdədir. YPG rəhbərliyi Abdulla Öcalanın xəyalı olan 100 minlik ordu qurmaq üçün çalışır. Rusiya və ABŞ-ın dəstəyi ilə bütün silahlarla təmin edilən terrorçular zirehli diviziya yaratmaq istəyir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531339.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR