Aqil insan dünyanın aldanmalarına bağlanmaz

Aqil insan dünyanın aldanmalarına bağlanmaz
20:12 2 Aprel 2017
100 Ölkə
Ölkə mətbuatı
A- A+

İmam Baqir (ə) Cabir ibni Abdullaha bir neçə nəsihət vermişdir ki, biz də onlarla tanış olub, bəhrələnək.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, o zaman ki, İmam (ə) Cabirlə birlikdə evindən xaric olur, Cabir İmamın (ə) üzündə olan narahatlığı hiss edir. Və İmam (ə) Cabirə buyurur: "Ey Cabir! Allaha and olsun ki, mən bu gün ürəyim sıxılan və qəmgin halda səhər etmişəm".
Cabir soruşur: "Qurbanın olum, qəmin nədir? Dünya üçündür?".
Həzrət (ə) buyurur: "Xeyr, axirət qəmidir.
Ey Cabir! O kəsin ki, qəlbinə xalis həqiqət imanı daxil olar, dünyada olan zinətdən üz çevirər. Çünki dünyanın zinətləri həqiqətdə oyun və əyləncədir. Həqiqətən də axirət evi - həqiqi həyatdır.
Ey Cabir! Möminlər bu dünyaya etimad etmirlər, axirətə getməkdən özlərini amanda bilmirlər. Dünya - məhv olmaq evi, axirət isə qərar tutmaq mənzilidir.
Agah insan - o kəsdir ki, onun aldanmalarına bağlanmaz. O, cahil aldadan cadu, ərini öldürən yeni gəlindir. Ona görə də Əmirəl-möminin (ə) buyurmuşdur: "Dünya aldadar, (əgər ona aldansan,) ziyanı sənə çatar".
Yəni, səni Allahdan saxlayar və özünə məşğul edər.
Ey Cabir! Allah dinindən və hikmətindən o şeyi ki, sənə tapşırmışam - qoru! Özünün xeyirini istə. Bax gör, Allahın sənin həyatında hansı məqamı vardır? Onun yanında sənin üçün əhd vardır, çünki Ona tərəf qayıdacaqsan. Bax gör, əgər dünya sənin üçün o şeydir ki, sənə şərh etdim - ona görə də ondan əlini üz. Axirət evinə üz çevir. Bu gün o qədər insanlar vardır ki, dünya işlərindən çatdıqlarına qarşı hərisdirlər. Ona çatdığı üçün onun vəbalı olmuş və bədbəxtliyinə bais olmuşdur". (Tebyan)
İmamın (ə) bu nəsihətləri bizə xüsusilə aiddir. Ömrümüzün çox hissəsini dünya arzuları və istəklərinə xərcləyirik. Nəticədə isə boynumuzda vəbaldan başqa bir şey qalmır. İnsan bütün ömrü boyu dünya zinətlərinə çatmaq üçün səy göstərir, zəhmət çəkir. Nəticədə isə ona çatmaq üçün o qədər günahlar və xatalar işlədir ki, onları aradan qaldırmağa taqəti qalmır. Çünki bu dünya insanı məsxərə edir, onunla oynayır. Ayıq insan bu qəflətdən tez ayılır. Ancaq çox təəssüf ki, bu qəflətdən ayılmaq hər kəsə nəsib olmur. Nəticədə isə dünya bizi cəhənnəm atəşi kimi yandırır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR