"Necə oynayacağımızı bilmirdik" - Samir Abasov

"Necə oynayacağımızı bilmirdik" -   Samir Abasov
20:17 2 Aprel 2017
84 İdman
Ölkə mətbuatı
A- A+

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov "Neftçi" ilə oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.Az xəbər verir ki, o, oyundan sonra bunları deyib:


- Birinci dəfədir ki, bu mövsüm ərzində nə deyəcəyimi bilmirəm. Uşaqlarda yaxşı motivasiya var idi. İnanırsınız, necə oynayacağımızı bilmirdik. Bu gün iki hücumçu ilə oynadıq, qələbə qazanmalı idik. Say düzəlsin deyə, Xəyal Nəcəfovun adını oyunun iştirak ərizəsinə daxil etmişdik. Rəşad zədəli idi, Çernişev də ötən gün zədələnmişdi. Qələbə üçün ac idik, şükürlər olsun ki, bacardıq.

 

- Bu qələbədən sonra 4-cü yer uğrundə mübarizə üçün şansınız qaldı. Necə düşünürsünüz, sona qədər mübarizə apara biləcəksiniz?

- Bütün oyunlar çətindi. Məncə, AZAL və “Zirə” ilə oyundan sonra avrokubok zonasına mübarizə uğrunda taleyimiz bəlli olacaq. Sona qədər döyüşəcəyik.

 

- Amil Yunanov möhtəşəm və baxımlı qol vurdu. Onun vurduğu qol haqda nə deyə bilərsiniz?

- Bu qol bizim üçün xüsusi motivasiya olacaq. Bu, futbolçulara və Amilə əlavə güc verəcək.  (qafqazinfo)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotnec-oynayacamz-bilmirdikquot-t57292.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR