Elxan Abdullayev hələ ümid edir: "Qorxmuram"

Elxan Abdullayev hələ ümid edir:   "Qorxmuram"
20:17 2 Aprel 2017
78 İdman
Ölkə mətbuatı
A- A+

“Erkən qol vurmaq istəyirdik. Futbolçulara tapşırmışdım ki, birinci hissədə mütləq qol vurmaq lazımdı. Belə olsaydı, bundan sonra oyun bizim üçün daha rahat keçəcəkdi”. Fanat.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev deyib.

 

Azərbaycan Premyer Liqasının XXIV turunda səfərdə “Sumqayıt”la qarşılaşan “ağ-qaralar” 0:2 hesablı məğlubiyyətə üzülüblər.

 

Görüş başa çatdıqdan sonra çalışdırıcı fikirlərini bölüşüb: “Təəssüf ki, şanslardan yararlana bilmədik. Rəqib isə əksinə, əlinə düşən imkanlardan istifadə etdi və qələbə qazandı. “Sumqayıt”ı təbrik edirəm. Hələ ki şanslarımızı itirməmişik, 4-cü yer uğrunda mübarizəni davam etdiririk. Heyətdə zədəlilərimiz var, futbolçu seçimi məhduddu. Bununla belə, çalışacağıq ki, gələcək oyunlarda qələbə qazanaq”.


Abdullayev "Demişdiniz ki, “Qəbələ” və “Qarabağ”dan başqa bütün komandaları məğlub edəcəyik. Amma bu gün “Sumqayıt”a uduzdunuz. “Neftçi”nin 80 illik yubileyinə “ən pis baş məqşçi” kimi düşmək istəmirsiniz" sualına belə cavab verib: "Bunu yubileylə əlaqələndirmək lazım deyil.  Bəli, bu, tarixdi. Çalışırdıq, bundan sonra da çalışacağıq. Çempionat və kubokda hələ də məğlub olmamışıq. Komandanı ilk pillədən götürməmişəm ki, uğuru davam etdirim. Heç nədən qorxmuram, hər şeyə də özüm cavab verəcəm".


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-elxan-abdullayev-hl-umid-edir-t57291.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR