“Məğlubiyyət alın yazımızdı” – Tərlan Əhmədov

“Məğlubiyyət alın yazımızdı” – Tərlan Əhmədov
20:27 2 Aprel 2017
52 İdman
Ölkə mətbuatı
A- A+

"Rəqibi təzyiq altında saxladıq. Bir neçə təhlükəli vəziyyət yaratdıq. Buna baxmayaraq, ələ düşən imkanlardan yararlana bilmədik. İlk buraxdığımız qol üzərində məşqlərdə çox işləmişdik və tapşırmışdım ki, diqqətli olsunlar, ancaq yenə də topu qapımızdan çıxarmalı olduq. İkinci qolda da yenə diqqətsizlik. Ümumilikdə götürəndə, yaxşı oynadıq, ancaq təəssüf ki, məğlub olduq".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov deyib.
 
Azərbaycan Premyer Liqasının XXIV turunda "İnter"lə qarşılaşan AZAL 1:2 hesablı məğlub olaraq sona 4 tur qalmış Premyer Liqa ilə vidalaşıb.
 
Oyun başa çatdıqdan sonra jurnalistlərin suallarını cavablandıran Əhmədov fikirlərini bölüşüb: "Neynəyəcəyimizi mən də bilmirəm. Həyat davam edir. Hələ ki qarşıda 4 oyun var. Komandanın oyununda yüksəliş olsa da, hər oyun uduzuruq. Görünür bu bizim alın yazımızdı. Bunla da barışmalıyıq".
 
- Komanda aşağı diviziona yuvarlandı. Bir il ərzində çəkdiyiniz əziyyətə heyfiniz gəlir?

- İki il əvvəlki çempionata daha çox heyfsilənirəm. Yaxşı komanda yaratmışdıq. Ancaq dağıldı. Bu gün çəkdiyim zəhmətə isə təəssüflənmirəm. Burda olmasa da, hər hansı bir yerdə zəhmət çəkib iş görürük. Sonda olmamalı idik, ancaq sondayıq. Bu, bizdən asılı olmayan səbəblərdi. Obyektiv insan başa düşər ki, biz bu yerdə olmamalı idik.
 
- Ölkə birinciliyində sonuncu olan komanda həmişə aşağı liqaya düşmür. Bəzən ya komanda sayının artırılması, ya lisenziya məsələlərindən dolayı sonuncu pillədəki komanda mbarizəni növbəti mövsüm də davam etdirir. Belə bir şansınız varmı?

- O barədə heç bir məlumatım yoxdu, heç vaxt da düşünməmişəm. Bu, mənim işim deyil. Klubun rəhbərliyi var, onların vəzifəsi daxilindədi. Federasiyasının növbəti mövsüm üçün düşündüyü reqlament, struktur haqqında xəbərim yoxdu. Mən son 4 oyuna komandanı hazırlamalıyam. Növbəti mövsüm Premyer Liqada qalsaq belə, ayrılacaq maliyyə vəsaitindən, şəraitdən çox şey asılıdı. İndiki kimi olsa, heç işləməyə dəyməz.
 
- Birinci divizionda da komandada qalacaqsız?

- Gördüyünüz kimi mən son iki ildə komandanı atıb getmədim. Əgər aşağı dəstəyə düşsək belə, büdcə ayrılsa, Premyer Liqaya dönməyi vəzifə kimi qoysalar, onda işləyərəm. İndiki vəziyyətdə xeyr.
 
- Sizə hansısa təkliflər varmı?

- Ordan-burdan eşidirəm ki, hansısa söhbətlər var. Ancaq real təklif yoxdu.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531344.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR