Azyaşlı bağlı qapı arxasında qaldı

Bakıda bağlı qapı arxasında qalmış şəxs xilas edilib.

Metbuat.az bildirir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonunda mənzildə 1 azyaşlının bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub. Mənzilin qapısı açılaraq azyaşlı aidiyyatı üzrə təhvil verilib. Əməliyyat saat 19:10-da başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR