İrəvanda “exit-poll”un nəticələri açıqlandı

İrəvanda “exit-poll”un nəticələri açıqlandı
20:39 2 Aprel 2017
148 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

 

APA-nın “news.am”-a istinadən verdiyi xəbərə görə, “Erkir media” telekanalının   sifarişi əsasında Baltic Surveys/The Gallup Organization şirkətinin keçirdiyi “exit-pol”un nəticələrinə görə, hakim Respublika  partiyası 46  faiz,  “Tsarukyan” bloku isə 25 faiz səs toplayıb. Üçüncü yerdə “Yelk” bloku (10%),  dördüncü yerdə isə “Daşnaksutyun” partiyası (5%) qərarlaşıb.

 

“Exit-pol” 13 məntəqədə 19 130 seçici arasında keçirilib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271161

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR