Şəkərin gizli əlamətləri

Şəkərin gizli əlamətləri
20:47 2 Aprel 2017
665 Ölkə
Ölkə mətbuatı
A- A+

Adi haldan çox susuzluq hiss etmək: Çox susuz olmaq və susuzluğu meyvə suyu, şokoladlı süd kimi şəkərli içkilərlə keçirmək istəyi şəkər xəstəliyinin əlaməti ola bilər.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, aclıq və titrəmə hissi: Xəstələr karbonhidratları istehlak etmək istəyirlər. Qanda şəkərin səviyyəsi yüksək olanda, bədən qlükoza dərəcələrinə nəzarət edə bilmir. Əgər karbonhidrat istehlakı çox olursa, bədən lazımından çox insulin ifraz edir və qlükozanın səviyyəsi sürətlə aşağı düşür. Bu da titrəmə hissi verir.

Davamlı yorğunluq: Əlbəttə bəzən hamımız yoruluruq. Ancaq davamlı yorğunluq hissi diqqət edilməsi lazım olan bir şəkər xəstəliyi əlamətidir. Yediyiniz yeməklərin enerji istehsalı üçün yaxşı bir şəkildə nizamlanmadığını göstərir.

Kəsiklərin və yaraların çətin sağalması: Şəkər xəstəliyinin əlamətlərindən biri də, dəridə yaranan kəsiklərin uzun bir müddətdə sağalmasıdır. Qanda şəkərin səviyyəsi yüksək olanda, bədənə köməkçi olan immun sistemi və prosesləri normal funksiyalarını yerinə yetirə bilmir və belə bir hal müşahidə edilə bilər.
 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR