Şahin Diniyev etiraf etdi: “Qarabağ” bizdən üstün idi"

Şahin Diniyev etiraf etdi:   “Qarabağ” bizdən üstün idi"
21:07 2 Aprel 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

“Maraqlı oyun keçdi. İlk hissədəki tempi qoruyub saxlaya bilmədik. Planımız o idi ki, ikinci hissədə 15-20 dəqiqə hesabı qoruyub saxlayaq. Gəlin etiraf edək ki, “Qarabağ” bizdən üstün idi”. Bu sözləri “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.

 

Azərbaycan Premyer Liqasının XIV turunda səfərdə “Qarabağ”la qarşılaşan gəncəlilər 1:2 hesablı məğlubiyyətə üzülüblər.

 

Oyundan sonra fikirlərini bölüşən çalışdırıcı matçı dəyərləndirib: “Futbolçularıma təşəkkür edirəm. Başabaş olmasa da, buna yaxın futbol oynadıq. Bu gün qalib gəlmək istəyirdik. Əvvəllər “Qarabağ”a böyük hesabla uduzmamaq üçün oynayırdıq. İndi isə uduzsaq da, futbol oynadıq. Qarşıdakı 4 oyundan qalib ayrılmaq istəyirik. Rəqibi təbrik edirəm”.

 

- Tadas da Davudun bu gün buraxdığı kimi səhvdən sonra ehtiyata göndərilmişdi...

- Tadasda bir yox, bir neçə belə səhv olmuşdu. Bir oyuna görə futbolçunu ehtiyata göndərməzlər. Düzdü, qolda Davud Kəriminin səhvi oldu. Ancaq bu, kobud səhv deyildi.

 

- Bundan sonra komandanın əsas məqsədi nədi?

- Sonadək mübarizə aparacağıq. 3 oyunu evdə keçirəcəyik. Avrokubok ümidimiz davam edir. Komanda bu gün göstərdi ki, yaxşı ot örtüyündə daha yaxşı oynayır. (Apasport.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ahin-diniyev-etiraf-etdi-t57295.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR