Mömin qardaşın üzünə təbəssüm etmək...

Mömin qardaşın üzünə təbəssüm etmək...
21:12 2 Aprel 2017
93 Ölkə
Ölkə mətbuatı
A- A+

Böyük İslam Peyğəmbəri (s) müsəlmanlara davamlı olaraq gülərüz olmağı tövsiyə edərdi. Çünki mömin insan cəmiyyətdə o zaman təsirli rola malik ola bilər ki, sağlam, gümrah və şad olsun. Necə ki, psixoloqlar da şad olmağı ciddi tövsiyə edirlər.

Təcrübə göstərir ki, o şəxslər ki, həyatları boyu gülərüz və şad olmuşdular, daha çox müvəffəqiyyət qazanmış və ömürləri uzun olmuşdur. Bu, həmin tövsiyədir ki, Peyğəmbərimiz (s) bizə vermişdir. Həzrət (s) buyurur: "Sənin təbəssümün - qardaşının üzü üçün sədəqədir".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, islam dini elə bir dindir ki, qəmgin olmağı şad olmağın və ya şad olmağı qəmgin olmağın qarşısında qərar verməmişdir. Yəni, birini o birisindən üstün hesab etməmişdir. Əslində hər birini həyatın həqiqəti kimi qəbul etmişdir. Adi halda insan həyatına hakim olan ruhiyyə gərək sevinclə və şadlıqla birlikdə olsun. İnsan varlığında ən çox hakim olan hiss - sevinc və şadlıq hissidir.
Allah Təala Quranda buyurur: "(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik". ("Ənbiya" 107).
Peyğəmbərimiz (s) həm möminlər üçün rəhmətdir, həm də kafirlər üçün. Hər kim Həzrətin (s) buyurduqlarını həyatda tətbiq edərsə, həm dünyada və həm də axirətdə xeyirə çatar.
Həzrət Peyğəmbərin (s) həyatında oxuyuruq ki, nə zaman səhabələrdən biri qəmgin olardı, Həzrət (s) zarafat vasitəsilə onun qəmini aradan aparardı.
Hədislərdə buyurulur: "Mömin şad və zarafatcıldır".
Qəmgin olmağa təşviq etmək - cahillərin əməllərindəndir. Mömin çalışmalıdır ki, başqa möminlərin üzündə olan qəmi aradan aparsın və şadlığı hakim etsin.
Cahil ərəblər belə hesab edirdilər ki, gülümsəmək və təbəssüm etmək zəiflik əlamətidir. Ona görə də bir ərəb gərək təbəssüm etməsin. Əksinə, həmişə ciddi və sərt halda olmalıdır ki, sir-sifəti vasitəsilə insanları qorxuda bilsin. Ancaq Peyğəmbər (s) gəldi və bu yanlış təfəkkürü aradan apardı və bəyan etdi ki, təbəssüm və gülümsəmək - din qardaşına hədyyə edə biləcəyin ən dəyərli şeydir.
Bunu da qeyd etmək lazımdır ki, bu təbəssüm doğru-dürüst olmalıdır ki, insan şəxsiyyətini ləkələməsin. Gülüş İslam dininin nəzərinə görə o zaman faydalı və təsirlidir ki, insan şəxsiyyətinə ləkə vurmasın. Əgər başqalarını təhqir etmək niyyətilə olarsa - haramdır və dinimiz onu kəskin şəkildə məzəmmət edir.
İnsan gərək qısa ömrünü qəm və qüssəyə qurban verməsin. Dinimiz bizə öyrədir ki, müsibətə görə çox təəssüflənməyin. Çünki bu bəlanı göndərənin yanında behiştin əvəzsiz mükafatları var olmaqdadır. O Allah bəndələri ki, dünyada bəlaya düçar olarlar, behiştdə sitayiş olunarlar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530889.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR