Göyçayda batan 5 yaşlı uşağın meyiti tapıldı

Göyçayda batan 5 yaşlı uşağın meyiti tapıldı
21:37 2 Aprel 2017
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Göyçay rayonunda çaya düşərək dünyasını dəyişən azyaşlı uşağın meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə Göyçay şəhər sakini, 2012-ci il təvəllüdlü Kazımlı Xədicə Azər qızı martın 30-da Göyçay çayının kənarında oynayarkən ehtiyatsızlıq edib və qəflətən suya yıxılıb. Uşaq köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb.  Çayda su çox olduğuna görə 5 yaşlı uşağın meyitini tapmaq çətinləşib. FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinin Aran dalğıc-axtarış qrupunun əməkdaşları və uşağın yaxınları çayda axtarış işlərini 4 gün davam etdiriblər. Axtarış işləri aparmaq üçün çayda suyun qarşısı kəsilib, istiqaməti dəyişdirilib.
 
Bu gün axşam saat 20:00 radələrində uşağın meyiti çaya düşdüyü yerdən 200 metr aralıdan tapılaraq valideynlərinə təhvil verilib. Məlumata görə, uşaq öz valideynləri ilə birgə çayın kənarında olub. Uşağın atası çayda balıq tuturmuş, anasının nəzarətindən kənarda qalan azyaşlı çaya düşüb.
 
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR