Gündəlik duz istehlakı nə qədər olmalıdır?

Gündəlik duz istehlakı nə qədər olmalıdır?
21:42 2 Aprel 2017
125 Ölkə
Ölkə mətbuatı
A- A+

Mütəxəssislər ürək sağlamlığı üçün duz istehlakının məhdudlaşdırması lazım olduğunu söylədi və mövzu barəsində ətraflı məlumat verdi: "Duz mövzusu son əsrin əsas problemlərindən biridir. Son əsrdəki fərqli araşdırmalar həddindən artıq duz istehlakıyla ürək və damar xəstəlikləri və xüsusilə arterial hipertenziya əlaqəsini aşkar edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, yüksək təzyiq, ürək xəstəlikləri, böyrək xəstəlikləri başda olmaqla şəkər xəstəliyi və sümük əriməsindən qorunmaq məqsədiylə gündəlik istehlak edilməsi lazım olan duz miqdarının 5 qramı təxminən, 1 çay qaşığını keçməməsi lazımdır. Günlük duz istehlakı 5 qramdan az olmalıdır.
Yüksək natrium istehlakı, ürək xəstəlikləri və yüksək təzyiq riskini artırır. Natriumun ana qaynağı yeməklərlə istehlak olunan duzdur.
 
Dünyada duz istehlakının orta səviyyəsi isə 9-12 qram arasındadır və gündəlik istehlak edilməsi lazım olan miqdardan təxminən 2 dəfə çoxdur. Hər gün 5 qramdan az duz istehlak etmək qan təzyiqini salmağa, ürək-damar xəstəliyi və infarkt riskini azaltmağa kömək edir. Əgər duz istehlakı artmağa başlasa, hər il təxminən 2.5 milyon ölümə səbəb olacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530900.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR