Ata ilə küsülü qalmaq olarmı?

Ata ilə küsülü qalmaq olarmı?
21:57 2 Aprel 2017
170 Ölkə
Ölkə mətbuatı
A- A+

İstər ata, istərsə də ana xətrinizə dəyəndə, səbrlə və mülayim şəkildə onları başa salmaq lazımdır, lakin, nə ata ilə, nə də ana ilə küsülü qalmaq olmaz. Uca Allah buyurur: "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!" (əl-İsra, 23).
Milli.Az zikr.az-a istinadən bildirir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: "Rəbbin razılığı valideynlərin razılığı ilə, qəzəbi isə valideyn­lərin qəzəbi ilədir". (ət-Tirmizi, 1899). Həmçinin, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Heç bir müsəlmana üç gündən artıq başqa bir mü­səl­man­la əlaqələri kəsmək halal olmaz. Onlar küsülü qaldıqca, haq­dan sap­mış olar­lar. Onlardan birinci barışanın ilk əvvəl barışığa gəl­məsi onun üçün kəffarə olar. Əgər küsülü olduq­ları hal­da ölsələr, heç vaxt bir yerdə Cən­nətə girməzlər. On­lar­dan biri digə­rinə salam verdiyi zaman o adam onun sala­mını al­masa, salam ve­rənin sala­mını mələk alar, salamı almayanı isə şey­tan qarşı­layar". (əl-Buxari: "Ədəbu-l-Mufrad", 402). Bu hədis müsəlman qardaşların bir-birindən küsülü qalmasının nə qədər zərərli olmasını göstərir. Şəkk yoxdur ki, ata və ananın övladları üzərində daha çox haqqı vardır. Tezliklə atanızla barışmaq lazımdır. Namazın qəbul olmasına gəldikdə isə, onu qəbul edən Allahdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR