Roman Qriqorçukun ümidi "Qarabağ"ın büdrəməsinədi

Roman Qriqorçukun ümidi "Qarabağ"ın büdrəməsinədi
21:57 2 Aprel 2017
106 İdman
Ölkə mətbuatı
A- A+

“Oyun haqda fikir bildirmək çətindir. Aydın məsələdir ki, bu qarşılaşmada bizə nəticə, 3 xal qazanmaq lazım idi. Bunu bacarmadıq”. Fanat.Az xəbər verir ki, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Azərbaycan Premyer Liqasının XXIV turunda öz meydanında “Zirə” ilə qarşılaşan “qırmızı-qaralar” oyundan 1:1 hesablı bərabərliklə ayrılıb.

 

Ukraynalı çalışdırıcı fikirlərini bölüşüb: “Futbolçuları qınamaq çətindir. Birinci hissədə 5-7 dəqiqə düzgün oynamadıq və rəqib qısa müddət topa nəzarət etdi. Bu anlar istisna olmaqla böyük üstünlük bizdə idi. Yaxşı oynadıq. Amma yenə vurmalı olduğumuz qolları rəqib qapısından keçirə bilmədik. Az qol vuranda və imkanlardan istifadə edə bilməyəndə qələbə qazanmaqdan məhrum olursan. Bunu arxada qoyub, yolumuza davam etməliyik. Bugünkü görüşün nəticəsindən asılı olmayaraq, qarşıdakı görüşlərdə, hər oyunda qalib gəlməliyik. Aydındır ki, turnir cədvəli baxımından işimizi çətinləşdirdik. Bu matçadək hər şey öz əlimizdə idi. Amma indi biz “Qarabağ”a qalib gəlməli və onların daha bir dəfə büdrəməsinə ümid etməliyik. Əgər özün qalib gəlmirsənsə və bugünkü kimi matçlarda qələbə qazana bilmirsənsə, qızıl medal əldə etmək vəzifəsi çox çətinləşir. Belə matçları uduzmaq olmaz. Biz isə qalib gələ bilmədik”.

mənbə: Apasport.az


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-roman-qriqorcukun-umidi-quotqarabaquotn-budrmsindi-t57298.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR