Ayxan Abbasov:"Bu dəfə də xal əldə edəcəyimizə inanırdıq"

Ayxan Abbasov:"Bu dəfə də xal əldə edəcəyimizə inanırdıq"
22:07 2 Aprel 2017
86 İdman
Ölkə mətbuatı
A- A+

"Zirə"nin baş məşqçisi Ayxan Abbasov Topaz Premyer Liqasının XXIV turunda "Qəbələ" ilə səfər matçı haqda fikirlərini açıqlayıb. Fanat.Az xəbər verir ki, gənc mütəxəssis 1:1 hesabıyla bitən oyundan sonra keçirilən mətbuat konfransına ilk olaraq aprel döyüşlərində şəhid olanlara Allahdan rəhmət diləməyi söyləməklə başlayıb: "Çətin oyun olacağını bilirdik. Çünki "Qəbələ" çempionluğa oynayır. Xal itkisi rəqibimizin çempionuq mübarizəsindən uzaqlaşmasına gətirib çıxara bilərdi. Son turlarda yaxşı çıxış edirik. Bu dəfə də xal əldə edəcəyimizə inanırdıq".


Abbasovun fikrincə, çempionluğa oynayan "Qarabağ" və "Qəbələ" ilə ardıcıl matçların hər birindən 1 xal almaları uğurdu: "Bu çıxışımızı davam etdirməyə çalışacağıq".


Xatırladaq ki, zirəlilər ötən tur "Qarabağ"la evdə 0:0 hesablı heç-heçə etmişdi. 


mənbə:sport24.az


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ayxan-abbasovquotbu-df-d-xal-ld-edcyimiz-inanrdqquot-t57299.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR