Tovuzda qadın pomidor turşusundan zəhərləndi

Tovuzda qadın pomidor turşusundan zəhərləndi
22:42 2 Aprel 2017
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Tovuz rayonunda zəhərlənmə hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Hacıalı kəndində baş verib.
Kənd sakini, 1996-cı il təvəllüdlü Çinarə Nəbili axşam yeməyi zamanı yediyi pomidor turşusundan zəhərlənib. Yaxınları tərəfindən Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılan qadına dərhal həkimlər tərəfindən tibbi yardım göstərilib və mədəsi yuyulduqdan sonra palataya yerləşdirilib.
Onun vəziyyətinin hazırda normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/531369.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR