Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür

Sərkisyan və Tsarukyan parlamenti öz aralarında bölüşdürür
22:52 2 Aprel 2017
129 Ölkə
Ölkə mətbuatı
A- A+

Ermənistanda bu gün keçirilən və kütləvi saxtakarlıqla müşaiyət olunan parlament seçkilərinə dair səsvermənin başa çatmasından az sonra Yerkir Media telekanalının sifarişi ilə keçirilən exit-poll nəticələri açıqlanıb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, nəticələrə əsasən hakim Respublika partiyası 46 faiz səslə birincidir. İkinci yeri oliqarx Qaqik Tsarukyanın "Tsarukyan" seçki bloku tutur-25 faiz. Üçüncü yerdə isə deputat Nikol Paşinyanın "Çıxış" blokudur. Bu blokun 10 faiz səs yığaraq seçki blokları üçün nəzərdə tutulmuş baryeri keçdiyi proqnozlaşdırılır. "Daşnaksütun" və "Erməni dirçəlişi" partiyaları isə hərəyə 5 faiz səs yığıb. Exit-poll nəticələri təsdiqlənsə bu partiyalar da parlamentdə təmsil olunacaq. Çünki partiyalar üçün seçki baryeri 5 faizdir.

Keçmiş müdafiə naziri Seyran Ohanyanın başçılıq etdiyi "Ohanyan-Raffi-Oskanyan" seçki bloku və Levon Ter-Petrosyanın sülh şüarı ilə seçkilərə qatılmış "Erməni Milli Konqresi-Xalq partiyası" bloku isə 3 faiz səsə ümid edə bilər. Onların parlamentdə təmsil olunmaq şansı yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/531371.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR