“Exit-pol”un nəticələri açıqlandı - Sarkisyanın partiyası öndədir

“Exit-pol”un nəticələri açıqlandı - Sarkisyanın partiyası öndədir
22:58 2 Aprel 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Ermənistanda keçirilən parlament seçkiləri ilə əlaqədar “Erkir media” telekanalının sifarişi əsasında “Baltic Surveys/The Gallup Organization” şirkətinin keçirdiyi “exit-pol”un nəticələri açıqlanıb.

Publika.az xəbər verir ki, “Exit-poll” 125 məntəqədə 19130 seçici arasında keçirilib.
Hakim Respublika partiyası 46 faiz, “Tsarukyan” bloku 25 faiz, “Yelk” bloku 10 faiz səs toplayıb. Dördüncü yerdə yeddi faiz səslə “Daşnaksutyun” partiyası qərarlaşıb.
Qeyd edək ki, parlamentdə təmsil olunmaq üçün partiyalar ən azı 5, bloklar isə 7 faiz səs qazanmalıdır. (azvision.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193489.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR