Prezident seçkilərində baş nazir qalib gəlir - Serbiyada

Prezident seçkilərində baş nazir qalib gəlir - Serbiyada
23:09 2 Aprel 2017
97 Digər
Ölkə mətbuatı
A- A+

Serbiyada keçirilən parlament seçkiləri ilə əlaqədar təşkil olunan “exit-poll”un nəticələri açıqlanıb.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, exit-pol”un nəticələrinə əsasən, seçkidə ölkənin baş naziri Mladen Vuçiç 58,1%-ilə qalib gəlir.

 

İkinci yerdə Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç (13,8%), üçüncü isə gənc siyasətçi Luka Maksimoviçdir (9,3%). Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.

 

Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/271166

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR