Ermənistandakı seçkidə ciddi qanun pozuntularının SİYAHISI - Siyahı (Video)

Ermənistandakı seçkidə ciddi qanun pozuntularının SİYAHISI - Siyahı (Video)
23:13 2 Aprel 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

“Transparency International” antikorrupsiya mərkəzi Ermənistanda keçirilən parlament seçkilərində ciddi qanun pozuntularının aşkarlanması ilə bağlı bəyanat verib.

Publika.az xəbər verir ki, Mərkəzin proqram rəhbəri Varujan Oktanyan seçkilərdə inzibati resurslardan sui-istifadə monitorinqinin nəticələrini açıqlayarkən deyib ki, martın 13-dən 24-dək olan dövrdə seçkidən əvvəl seçici səslərinin satın alınması və ya rüşvət verilməsi ilə bağlı 100-dən çox fakt qeydə alınıb.
Eyni zamanda Zeytunda ciddi qanun pozuntusu qeydə alınıb. Belə ki, 3/32 saylı seçki məntəqəsində 500 kupon möhürlənməyib.

Bundan başqa “Yelk İttifaqı” yeni seçki pozuntularını açıqlayıb. Saat 14։00-19:00 dəqiqələrində “Yelk” ittifaqı aşağıdakı sçki məntəqələrində seçki pozuntuları qeydə alıb.

– 7/42 seçki məntəqəsində (3 saylı seçki dairəsi, Malatia-Sebastasiya) Yelk ittifaqının nümayəndəsini uzaqlaşdırıblar.

– 25/11 seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Katnarad) möhür yoxa çıxıb. Nümayəndənin tələbi ilə polis çağırıldı.

– 24/01 seçki məntəqəsində (9 saylı seçki dairəsi, Lori, Quqark) seçicilər seçki kabinəsindən bülletenləri zərfin icinə qoymadan cıxdı və seçkilərin gizliliyini pozdular.

– 9/16 seçki məntəqəsində Respublikaçı müşahidəçi Minasyan Larisa insanları yönləndirir.

– 7/49 seçki məntəqəsində (3 saylı seçki dairəsində, Malatia-Sebastasia) komissiya katibi bülletenlərlə dolu sandığı ərazidən çıxarıb, daha sonra geri gətirilməsi ilə bağlı qeydiyyat aparmaqdan imtina edib.

– 17/03, 17/04, 17/05 (7 saylı seçki dairəsində, Araqatsodn, Aştarak) seçki məntəqələrinin elektriklərini kəsiblər.

– 33/15 seçki məntəqəəsində (11 saylı seçki dairəsində, Şirak vilayəti, Aryevşad) respublikaçıların nüamyəndələri zərfləri açaraq bütün səsvrməmələri yoxlayıb. Yalnız respublikçılara səs verən seçicilərin səslərini zərfini seçki qutusuna atırlar.

-13/18 seçki məntəqəsində (5 saylı seçki dairəsində, Ararat, Sisavan) icamasının rəhbərinin qardaşı oğlu 3-cü dəfə səs verməyə cəhd edib. Komissiya sədri hadisəni qeydiyyata almaqdan imtina edib.

– 21/29 seçki məntəqəsində (8 saylı seçki dairəsində, Qeğarkunik, Zolakar) "Martuni Qadınlarının İctimai Şurasının" müşahidəçisini döyərək məntəqədən uzaqlaşdırıblar.

– 4/26 և 4/35 seçki məntəqəsində (2 saylı seçki dairəsində, Arabqir) iki dəfə səsverməyə cəhdin qarşısı alındı. (azvision.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/193490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR