Bərəkət nədir?

Bərəkət nədir?
23:17 2 Aprel 2017
185 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərəkət xeyir deməkdir. Misal üçün nəslin bərəkəti deyildikdə, övladların sayının çox olması nəzərdə tutulur.

Bərəkətdə olan xeyir, mənəvi xeyirlə sonlanar. Yəni, bərəkət mənəvi olsa da, maddi olsa da yenə də mənəvi xeyirlə sonlanar.
Milli.Az deyerler.org-a istinadən bildirir ki,  Quran bərəkətli insanları bizlərə tanıtmışdır, o cümlədən:
1. Peyğəmbərlər (ə). Qurani-Kərimin nəzərinə görə Həzrət Nuh (ə), Həzrət İbrahim (ə), Həzrət Musa (ə), Həzrət İsa (ə), Həzrət Yəqub (ə), İslam Peyğəmbəri (s) İlahi bərəkət nümunələri olmuşdular.
2. Məsumlar (ə). İmam Sadiq (ə) buyurur: "Bizim varlığımızın bərəkətindən ağaclar bar verər və meyvə verər. Çaylar axar və bizim bərəkətimizdən yağış səmadan yağar və torpaqda bitkilər cücərər".
3. Möminlər. "(Allah tərəfindən) deyildi: "Ey Nuh, sənə və səninlə birgə olan dəstələrə Bizim tərəfimizdən olan salamatlıq, salam və bərəkətlərlə aşağı en. Və (tarix boyu onların övladlarından) tezliklə (dünya nemətlərindən) bəhrələndirəcəyimiz ümmətlər gələcəkdir"". ("Hud" 48).
Bərəkətli sayılan amilləri tanıyaq:
Quran. Əmirəl-möminin (ə) buyurur: "O evdə ki, Quran oxunar, bərəkəti çox olar".
Ağıl. İmam Sadiq (ə) buyurur: "Heç bir sərvətin xeyir və bərəkəti ağıl qədər deyildir".
Kəbə: "Şübhəsiz, insanlar(ın ibadəti) üçün (təməli) qoyulmuş ilk ev, həmin Bəkkədəkidir (müqəddəs Məkkə şəhərindəkidir) ki, (o,) xeyir və bərəkət dolu və aləmdəkilər üçün hidayət vasitəsidir". ("Ali-İmran" 96).
Salam. "Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam - Allah tərəfindən olan bərəkətli və pak bir salam verin". ("Nur" 61).
Çörək. "İmam Sadiq (ə) buyurur: "Süfrəyə çörək qoymaqla yeməyini təbərrük et". Əkinçililər hədislərdə bərəkət əhli adlandırılmışdır.
Zeytun ağacı. Quran bu ağacı mübarək hesab etmişdir.
Yağış. "Göydən (yağış, qar və dolu şəklində) xeyir-bərəkət dolu su endirdik". ("Qaf" 9).
 
Bərəkət gətirən amilləri tanıyaq:
təqva,
iman,
İmam Əli (ə) vilayəti,
səhər tez oyanmaq,
səhər duası,
şükür etmək,
sədəqə vermək,
Allaha itaət etmək,
sileyi-rəhm,
yaşlı insanların evdə olması,
xoş rəftar,
yemək yeyən zaman Allaha şükür etmək.
 
Bərəkətdən məhrum edən amilləri tanıyaq:
peyğəmbərləri (ə) inkar etmək,
zəkatı verməmək,
Allahı yada salmaqdan üz döndərmək,
israf,
elm öyrənən zaman özünü lovğalanmaq,
oğurluq,
xəyanət,
şərab içmək,
iffətsizlik,
söyüş söymək,
günah.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/530881.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR