"Neftçi"yə qarşı oynamaq mənə pis təsir etdi" - Elşən Abdullayev

"Neftçi"yə qarşı oynamaq mənə pis təsir etdi" - Elşən Abdullayev
23:22 2 Aprel 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın futbolçusu Elşən Abdullayev Topaz Premyer Liqasının XXIV turunda "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldikləri ev qarşılaşmasından sonra müsahibə verib.

Milli.Az sport24.az-a istinadən bildirir ki, uzun fasilədən sonra çempionatda meydana çıxan gənc yarımmüdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

- Matç necə keçdi?

- Çətin oyun olacağını bilirdik. Rəqib necə güclü komanda olduğunu ilk hissədə göstərdi. Lakin Allaha şükür ki, sonadək mübarizə apararaq qələbə qazandıq. "Qəbələ" bu gün xal itirdi. İndi ondan 4 xal irəlidəyik. Bu da da komandamıza əlavə sevinc bəxş etdi. Bu gün çempionlqu üçün böyük addım atdıq. Həm Qəbələdi, həm də buradakı nəticənin lehimizə olması bizim üçün sevindiricidi.

- Qış fasiləsində "Qarabağ"a keçəndən ilk dəfə əsas heyətdə meydana çıxdın və 90 dəqiqə oynadın...

- Zədədən sonra ilk matçlar həmişə fiziki planda çətin olur. Ancaq özümü yaxşı hiss edirəm. Gələcək oyunlarda baş məşqçimiz şans versə, ümid edirəm ki, daha da yaxşı oynayaram.

- "Qarabağ"da rəsmi debütündə kubokda "Neftçi"yə qarşı oynadın. Həmin vaxt fərqli bir şey hiss etdinmi?

- Əlbəttə, keçmiş komandama qarşı oynamaq mənə bir az pis təsir etdi. Qələbəyə sevinsəm də, "Neftçi"nin yarımfinalda bizimlə qarşılaşmasını istəməzdim. Finalda qarşılaşsaydıq, daha yaxşı olardı.

- Namiq Ələsgərov "Qarabağ"dan "Neftçi"yə keçəndə belə razılaşma oldu ki, sabiq komandasına qarşı çıxış etməsin. Bəs sənin müqaviləndə belə bənd var?

- Xeyr, müqaviləm bitmişdi və "Qarabağ"a sərbəst futbolçu kimi keçdim. Ona görə də belə söhbət olmadı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531378.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR