Maaşlarımızın ödənilməsi üçün ciddi addım atılmayıb" - "İnter"in futbolçusu

Maaşlarımızın ödənilməsi üçün ciddi addım atılmayıb" - "İnter"in futbolçusu
23:22 2 Aprel 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"İnter"in futbolçusu Pərdis Fərcad-Azad Premyer Liqanın XXIV turunda AZAL-la ev oyunundan sonra brifiqn keçirib.

Milli.Az sport24.az-a istinadən bildirir ki, millimizin sabiq hücumçusu sualları cavablandırıb.

- Oyun haqda fikirlərini bildirərdin...

- Çətin qarşılaşma keçdi. Əsas qələbə qazanmağmızdı.

- Autsayderlə qarşılaşsanız da, xeyli əziyyət çəkdiniz. Rəqibi ciddiyə almadınız, yoxsa?

- Əsas odu ki, 3 xal qazandıq. AZAL pis komanda deyil. Sonuncu yerdə olsa da, yaxşı futbolçuları var. Onların fərdi oyunları sayəsində ciddi müqavimət göstərdilər. Məsələn, Vaqif Cavadovu xüsusi qeyd edərdim. Rəqib futbolçuları sonadək mübarizə aparmağa çalışsalar da, qələbə qazanmağa biz nail olduq.

- Bu qələbədən sonra avrokuboklara vəsiqəni təmin etsəniz də, komandada maliyyə vəziyyət o qədər də yaxşı deyil. Bu, motivasiyanı azaldırmı?

- Vəziyyətimiz çox çətindi. Maaşlarımız da verilmir. Bunun həlli üçün ciddi addım atılmayıb Məvaciblərimiz neçə aydı ödənilmir. Hələ də maaş alacağımız günü gözləyirik.Heç kim bilmir ki, komandanın taleyi necə olacaq.

- Maaşın verilməsi ilə bağlı sizə konkret tarix deyilib?

- Xeyr. Bu haqda heç kim heç nə demir. Söz veriblər ki, yaxınlarda həll olunacaq. Ancaq dəqiq tarix deyilməyib.Gələn mövsüm nə olacağını da heç birimiz bilmirik.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/531377.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR