Serbiyada prezident seçkilərində baş nazir qalib gəlir

Serbiyada prezident seçkilərində baş nazir qalib gəlir
23:32 2 Aprel 2017
46 Dünya
Ölkə mətbuatı
A- A+

Serbiyada keçirilən prezident seçkiləri ilə əlaqədar təşkil olunan "exit-poll"un nəticələri açıqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, "Ipsos Strategic" agentliyi tərəfindən keçirilən "exit-pol"un nəticələrinə əsasən, seçkidə böyük üstünlüklə ölkənin baş naziri Mladen Vuçiç  qalib gəlir. O, seçicilərin 58,1 % səsini toplaya bilib.
 
İkinci yerdə Serbiyanın sabiq ombudsmanı Saşa Yankoviç (13,8%), üçüncü isə gənc siyasətçi Luka Maksimoviçdir (9,3%). Ümumilikdə, seçkilərdə 11 namizəd iştirak edir.
 
Serbiya prezidenti 5 illik müddətə seçilir və bu postu iki dəfədən çox tuta bilməz. Serbiya Konstitusiyasına əsasən, səsvermənin yekun nəticələri seçki məntəqələrinin bağlanmasından sonra 4 gün ərzində açıqlanmalıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/531379.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR